Bu aylarda doğulanlar keçmişi daha çox xatırlayırlar
Astrologiyaya görə, doğum ayı insanın emosional xüsusiyyətlərinə və keçmişə münasibətinə təsir göstərə bilər. Xüsusiylə mart, may, iyul və noyabr aylarında doğulan insanlar nostalji hisslərinə daha çox meyilli olurlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" nəşri məlumat yayıb.
Bildirilib ki, mart ayında doğulanlar xatirələri qorumağı, köhnə şəkillərə baxmağı və yadda qalan əşyaları saxlamağı sevirlər. Mayda doğulanlar isə keçmişi qoxular, musiqi və dadlar vasitəsilə daha canlı xatırlayır, ailə xatirələrini başqaları ilə bölüşməkdən zövq alırlar.
İyul ayında dünyaya gələnlər üçün keçmiş ailə sevgisi və yaxın münasibətlərlə bağlıdır. Onlar ailə şəkillərini, məktubları və xatirə hədiyyələrini xüsusi dəyər kimi saxlayırlar.
Noyabrda doğulanlar isə keçmişə həyat dərsləri kimi yanaşırlar. Onlar yaşadıqları hadisələri dərindən təhlil edir, əldə etdikləri təcrübəni gələcək qərarlarında istifadə etməyə çalışırlar.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil və bu cür proqnozlar əsasən əyləncə xarakteri daşıyır.
08:30 04.07.2026
Oxunuş sayı: 62