Ermənistanda seçki qaydalarında dəyişiklik: səsvermə üçün ölkədə yaşamaq tələbi sərtləşdirildi
Ermənistanda parlament və ümumxalq seçkilərində, eləcə də referendumlarda səsvermə hüququ ilə bağlı yeni məhdudiyyətlər qəbul edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝NEWSam˝ məlumat verir.
Yeni qaydalara əsasən, bundan sonra səs verə bilmək üçün Ermənistan vətəndaşları seçki gününə 48 gün qalmış (erkən seçkilərdə 28 gün) ölkədə daimi yaşamalıdır. Yəni həmin tarixə qədər vətəndaş son iki il ərzində ən azı 366 günü ölkə daxilində keçirmiş olmalıdır.
Müvafiq dəyişikliklər 3 iyul tarixində Ermənistan Milli Məclisinin növbədənkənar iclasında qəbul edilib. Səsvermə müxalifətin boykotu fonunda keçirilib və təşəbbüsə 63 deputat səs verib.
Qanun layihəsi hakim “Mülki Müqavilə” partiyasının deputatları Alxas Kazaryan, Arusyak Manavazyan, Asmik Akopyan və Arusyak Julakyan tərəfindən təqdim olunub.
23:29 03.07.2026
Oxunuş sayı: 51