Xəstələr evdə dincəlmək əvəzinə klinikalara gedəcəklər - Almaniyada yeni qayda
Almaniyada xəstəlik məzuniyyəti ilə bağlı yeni qaydalar müzakirə olunur və bu, ciddi ictimai mübahisə yaradıb.
Crossmedia.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir ki.
Almaniya kansleri Fridrix Merts belə hesab edir ki, vətəndaşlar çox tez-tez xəstəlik məzuniyyəti götürürlər. Yeni təklifə görə, xəstələnən işçilər artıq ilk gündən həkimə şəxsən müraciət etməli olacaqlar.
Hazırda Almaniyada işçilər elektron şəkildə xəstəlik məzuniyyəti ala bilir və ilk üç gün ərzində tibbi arayış təqdim etməyə məcbur deyillər.
Rəqəmlərə görə, Almaniya vətəndaşları ildə orta hesabla 15 iş günü xəstəlik məzuniyyətində olurlar. Hökumət bu göstəricinin iqtisadiyyat üçün ciddi maliyyə yükü yaratdığını bildirir.
Lakin bu təşəbbüs artıq narazılıq doğurub. Həmkarlar ittifaqları hökuməti işçilərə etimadsızlıq göstərməkdə ittiham edir. Həkimlər isə bildirirlər ki, yeni qayda tibb müəssisələrində əlavə sıxlıq yaradacaq və xəstələrin evdə dincəlmək əvəzinə klinikalara getməsinə səbəb olacaq.
22:22 03.07.2026
Oxunuş sayı: 60