Təyyarədə ikinci pilotun hücumu sərnişinlər tərəfindən dayandırıldı
Flydubai təyyarəsinin kapitanı Smit Maççar ikinci pilotun hücumundan sonra özünə gəlib və hadisə zamanı 150-dən çox insanın xilas edilməsinə necə kömək etdiyini danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, ikinci pilotun hücumu nəticəsində yaralanan kapitan buna baxmayaraq kokpitin qapısını açmağa nail olub. Bundan sonra sərnişinlər hücum edən şəxsi zərərsizləşdiriblər.
Təyyarə təcili eniş edərək Tabuk şəhərinə enib. Kapitan daha sonra Əbu-Dabidəki xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl ikinci pilotun terror aktı törətmək niyyətində olduğunu açıqlayıb. Bıçağın təyyarəyə necə keçirildiyi isə hələlik məlum deyil.
21:13 02.10.2026
Oxunuş sayı: 58