İşıq olmasa, gün batanda yatarsınız – Akademikdən moskvalılara qeyri-adi təsəlli
Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko yanacaq böhranının Moskva sakinlərinə müsbət təsir göstərdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediya istinadən xəbər verir.
Onun sözlərinə görə, benzinlə bağlı yaranmış vəziyyət havanın daha təmiz olmasına və insanların daha çox hərəkət etməsinə səbəb olacaq.
Akademik bu yanaşmanı digər mümkün böhranlara da tətbiq edərək ironik şəkildə qeyd edib ki, məsələn, elektrik enerjisi olmasa, insanların gözləri qadcetlərdən dincələr və onlar gün batanda yatmağa başlayarlar.
O, həmçinin ərzaq məhsullarının bahalaşmasını da müalicəvi aclıq və orqanizmin təmizlənməsi üçün fürsət kimi qiymətləndirib.
20:48 03.07.2026
Oxunuş sayı: 55