Rusiya düşmən elan etdiyi ölkənin ümidinə qaldı – İyulda böyük idxal başlayır
Rusiya yaxın günlərdə qeyri-dost ölkə hesab etdiyi Yaponiyadan aviasiya kerosini idxal edə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iyulun ilk yarısında Yaponiyanın Çiba limanından ən azı 200 min barel aviasiya yanacağının yola salınması planlaşdırılır. Əməliyyatda bir neçə beynəlxalq treyder iştirak edir.
Bildirilir ki, yanacaq əvvəlcə Cənubi Koreyaya çatdırılacaq. Daha sonra yükün Cənubi Koreyanın Yosu limanı yaxınlığında gəmidən-gəmiyə köçürülərək başqa tanker vasitəsilə Rusiyaya göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yaponiya 2022-ci il martın 7-də Rusiya tərəfindən qeyri-dost dövlətlər və ərazilər siyahısına daxil edilib.
20:54 03.07.2026
Oxunuş sayı: 42