Tusk Zelenskini sərt tənqid etdi: Gərginliyə səbəb olan lazımsız qərarı o verib
Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək, onun son qərarının Polşa-Ukrayna münasibətlərində gərginliyi artırdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tuskun sözlərinə görə, Zelenskinin əsas vəzifəsi yaranmış gərginliyi azaltmaq olmalı idi.
“Gərginliyə səbəb olan lazımsız qərarı Zelenski verib. Əgər onun məqsədi Ukraynada daha çox dəstək qazanmaq idisə, Polşa ilə münasibətlərdə gərginliyi artırmaq ən yanlış addım idi”, – deyə Polşa hökumətinin başçısı vurğulayıb.
Donald Tusk hesab edir ki, hazırkı mərhələdə Polşa-Ukrayna münasibətlərində gərginliyin azaldılması üçün təşəbbüs məhz Kiyevdən gəlməlidir.
Bundan əlavə, Tusk iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək Polşa nümayəndə heyətini Ukraynaya yeni maliyyə dəstəyi ilə bağlı hər hansı vəd verməkdən çəkinməyə çağırıb.
19:51 03.07.2026
Oxunuş sayı: 65