Müsabiqənin əsas mövzusu “Azərbaycan memarlığıdır” - Fərhad Hacıyev
Artıq 6-cı ildir ki, cənab Prezidentin sərəncamına əsasən və hörmətli vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə “Yüksəliş” müsabiqəsi keçirilir.
Crossmedia.az xəbər verir ki, bunu “Baku Expo Mərkəz”də keçirilən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində “Yüksəliş” işçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
F.Hacıyev qeyd edib ki, bu il müsabiqəyə 17 minədək müraciət daxil olub və hazırda yarımfinal mərhələsi keçirilir: “Yarımfinal mərhələsində 331 nəfər iştirak edir. Bu iştirakçılardan 100 nəfərin final mərhələsinə vəsiqə qazanması nəzərdə tutulub. Müsabiqənin yekununda isə finalda 20 nəfər qalib elan olunacaq. Ümumilikdə, müsabiqənin əsas mövzusu Azərbaycan memarlığı və bu sahədə bacarıqların, biliklərin qiymətləndirilməsinə həsr olunub. Biz də bu müsabiqə çərçivəsində iştirakçılarla mövzu ətrafında söhbət aparacaq, onların fikirlərini öyrənəcəyik.
Ayhan
17:25 03.07.2026
Oxunuş sayı: 56