Boqutski Ukraynanın qərbini "Şərqi Kiçik Polşa" adlandırdı
Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski Volın qətliamı ətrafında davam edən müzakirələri şərh edərkən Ukraynanın qərb bölgələrini "Şərqi Kiçik Polşa" adlandırıb.
Crossmedia.az xəbər verir ki, ˝Polsat News˝ bu barədə məlumat yayıb.
Boqutskinin sözlərinə görə, Stepan Banderanın və Volın qətliamı, eləcə də "Şərqi Kiçik Polşa" ərazisində törədilmiş cinayətlərdə iştirak etmiş şəxslərin qəhrəmanlaşdırılması Ukraynanın Qərb dünyasına və sivil aləmə inteqrasiyasına xidmət etmir.
"Şərqi Kiçik Polşa" (Polşaca: Małopolska Wschodnia) İkinci Dünya müharibəsindən əvvəlki dövrdə Polşanın Lvov, Tarnopol və Stanislav voyevodalıqlarını əhatə edən tarixi bölgənin adıdır. Hazırda həmin ərazilər Ukraynanın Lvov, İvano-Frankivsk və Ternopil vilayətlərinin tərkibinə daxildir.
17:07 03.07.2026
Oxunuş sayı: 51