Moldova Baş naziri istefa verdi
Moldovanın Baş naziri Aleksandr Muntyanu vəzifəsindən istefa verib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə öz müraciətində bildirib.
Muntyanu qeyd edib ki, baş nazir vəzifəsini böyük məsuliyyət və ölkədə müsbət dəyişikliklərə töhfə vermək niyyəti ilə qəbul edib.
"Bu gün baş nazir kimi səlahiyyətlərimi başa vururam. Anladım ki, artıq mandatımı sadiq qaldığım prinsiplər və inanclar çərçivəsində icra edə bilmirəm. Buna görə də istefa vermək qərarı verdim", – deyə o bildirib.
Baş nazir istefasının konkret səbəbləri barədə əlavə məlumat verməyib.
16:11 03.07.2026
Oxunuş sayı: 55