Səfirlik: Niderland Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
Niderland NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırlıq məqsədilə hərbi infrastrukturunu sürətlə gücləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı səfirliyi məlumat yayıb.
Səfirliyin açıqlamasına görə, Niderlandın hərbi infrastrukturu NATO-nun planlaşdırma sisteminə daha sıx inteqrasiya olunur. Bu çərçivədə aviabazaların və logistika obyektlərinin modernləşdirilməsi həyata keçirilir.
Rusiya diplomatik missiyası həmçinin Haaqanın Fransa ilə nüvə çəkindirmə məsələləri üzrə mümkün danışıqları barədə yayılan məlumatlara münasibət bildirib.
Bəyanatda vurğulanıb ki, Moskva ölkənin təhlükəsizliyinə yönələn yeni təhdidlərdən müdafiə olunmaq üçün bütün zəruri tədbirləri görəcək.
14:53 03.07.2026
Oxunuş sayı: 50