Belqoroda güclü hücuma - işıq və su kəsildi
Rusiyanın Belqorod şəhərində Miçurinsk İstilik Elektrik Stansiyası (İES) hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin və su təchizatının verilməsi dayandırılıb.
Hadisə nəticəsində zərərçəkənlər və hücumun təfərrüatları barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən tərəf barədə də hələlik məlumat yoxdur.
14:42 03.07.2026
Oxunuş sayı: 60