Reuters: NATO-da "barışdırıcı" rolunu Mark Rütte oynayır
NATO-nun Baş katibi Mark Rütte alyans daxilində fikir ayrılıqlarını aradan qaldıran əsas fiqur kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters adı açıqlanmayan yüksəkvəzifəli NATO diplomatına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İran ətrafında baş verən müharibə ABŞ Prezidenti Donald Trampla bir sıra Avropa liderləri, o cümlədən İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın istefa verən Baş naziri Kir Starmer arasında münasibətləri gərginləşdirib.
Mənbənin sözlərinə görə, iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində bu fikir ayrılıqlarının yenidən gündəmə gəlməsi ehtimalı var.
"Optimistəm ki, bu baş verməyəcək. Çünki liderlər anlayırlar ki, məsələ çox ciddidir. Əgər yenə də problem yaranarsa, bizim hər şeyi yoluna qoyacaq əsas "nikah məsləhətçimiz" – Mark Rütte var", – deyə diplomat bildirib.
13:35 03.07.2026
Oxunuş sayı: 51