Tramp: İsrail tarixinin ən yaxşı prezidenti mən olmuşam
ABŞ Prezidenti Donald Tramp özünü İsrail tarixində ən yaxşı ABŞ prezidenti adlandırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
"Mən İsrail tarixinin ən yaxşı prezidenti olmuşam", – deyə Tramp bildirib.
Nəşrin məlumatına görə, bu açıqlama ABŞ prezidenti ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla atəşkəs və Livan məsələsində fikir ayrılıqlarının yaşandığı bir vaxta təsadüf edib.
Tramp daha əvvəl Netanyahu ilə bir sıra məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib. O, xüsusilə Livandakı "Hizbullah" hərəkatına qarşı daha hədəfli əməliyyatların tərəfdarı olduğunu bildirib və ABŞ-ın bu məsələdə kömək etməyə hazır olduğunu, yaxud İsrailə Suriya ilə əməkdaşlıq etməyi tövsiyə etdiyini deyib.
12:31 03.07.2026
Oxunuş sayı: 48