Almaniyada hakimiyyət dəyişikliyi Aİ-nin gündəminə düşüb
Avropa İttifaqında Almaniya kansleri Fridrix Merzin vəzifəsindən mümkün ayrılmasının Avropa siyasətinə təsirləri müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, azı iki Avropa ölkəsinin hökumətində Merzin istefasının Avropa İttifaqının siyasəti üçün hansı nəticələrə səbəb ola biləcəyi müzakirə edilib.
Brüsseldə mümkün ssenarilər arasında Almaniyanın sabit siyasi rəhbərlikdən məhrum olması və ya sağçı qüvvələrin hakimiyyətə gəlməsi də var.
Məlumatda qeyd olunur ki, sorğularda Almaniya üçün Alternativ (AfD) partiyası 28 faiz dəstəklə öndədir. Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) ümumi dəstəyi isə təxminən 20 faiz göstərilir.
23:21 02.10.2026
Oxunuş sayı: 42