Rusiya Qara dənizdə gəmilərin təhlükəsizliyini müzakirə etməyə hazır olduğunu bildirib
Rusiya Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün maraqlı tərəflərin iştirakı ilə dialoqa açıqdır.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bütün ölkələrlə bu məsələni müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, hazırda konkret razılaşmalar üzrə danışıqlar aparılmır.
“Baxır, söhbət hansı ikitərəfli razılaşmalardan gedir. Biz bütün ölkələrlə dialoqa açığıq, lakin hazırda bununla bağlı konkret danışıqlar aparılmır”, - Peskov deyib.
Kremlin sözçüsü bu fikirləri Rusiya ilə Hindistan, Misir və Türkiyə arasında Qara dənizdə gəmilərin təhlükəsiz keçidinin təmin olunmasına dair ikitərəfli razılaşmaların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən səsləndirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın Qara dənizdə dinc yüklər daşıyan gəmilərə zərbələr endirdiyini bildirib. Prezidentin sözlərinə görə, hücumlar nəticəsində 100 gəmi zərər görüb.
22:07 02.10.2026
Oxunuş sayı: 43