G7 ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyini açıqladı
G7 ölkələri Rusiyaya qarşı enerji sahəsində tətbiq olunan sanksiyaları qüvvədə saxlamaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Fransa Prezidentinin administrasiyası G7 liderlərinin birgə bəyanatını yayıb.
Bəyanatda bildirilib ki, G7 ölkələri Rusiya ilə bağlı sanksiyaları davam etdirəcək. Liderlər eyni zamanda enerji bazarlarında yaranan çətinliklərin və qiymət artımlarının qarşısını almaq üçün koordinasiyalı tədbirlər görmək barədə razılığa gəliblər.
Sənəddə qeyd olunub ki, G7 ölkələri Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə ümumilikdə 100 milyon barel neft ehtiyatının bazara çıxarılmasını təmin edəcək. Bu prosesin dörd ay ərzində həyata keçirilməsi, dizel ehtiyatlarının isə ilk 20 gün ərzində əhəmiyyətli həcmdə bazara buraxılması planlaşdırılır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov G7-ni “köhnəlmiş və tənəzzül edən format” adlandırmışdı.
2025-ci ilin martında Putin də G7-nin “Böyük yeddilik” adlandırılmasını sual etmiş və qrupun dünya xəritəsində görünmədiyini bildirmişdi.
21:28 02.10.2026
Oxunuş sayı: 44