Hizbullah: İran İsrail qoşunlarının Livandan çıxarılması razılaşmasına töhfə verib
İran İsrail qoşunlarının Livanın cənubundan çıxarılması ilə bağlı razılaşmanın əldə olunmasına töhfə verib.
Crossmedia.az xəbər verir ki, bunu Hizbullahın Livan parlamentindəki nümayəndəsi Həsən Fəzlullahbu deyib.
Fəzlullahın sözlərinə görə, İranın genişmiqyaslı dəstəyi Livanın xarici təzyiqlərə qarşı müqavimət göstərməsinə imkan verəcək və İsraili qoşunlarını ölkənin cənub bölgələrindən çıxarmağa məcbur edəcək əsas amillərdən biridir.
O bildirib ki, Tehranın atdığı addımlar Livan hakimiyyətinə İsraillə qeyri-rəsmi danışıqlara başlamaq imkanı yaradıb.
Hizbullah rəsmisi eyni zamanda vurğulayıb ki, Livan hakimiyyəti bu imkandan istifadə etmir və belə təşəbbüslərin qarşısını almağa çalışır.
11:47 03.07.2026
Oxunuş sayı: 52