Hakan Fidan: İsrail özünə yeni düşmən axtarır
"İsrail hazırda özünə yeni düşmən axtarır".
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN Türk telekanalına müsahibəsində deyib.
Fidan bildirib ki, istər İsrail, istərsə də hər hansı digər aktor qarşısında Türkiyənin qorxmaq, tərəddüd etmək və ya geri çəkilmək üçün heç bir səbəbi yoxdur.
“İsrail hazırda özünə yeni düşmən axtarır. İsrail və ya hər hansı digər aktor olsun, bizim qorxmağa, tərəddüd etməyə və ya geri çəkilməyə heç bir səbəbimiz yoxdur. Bizim heç bir problemimiz yoxdur. Mübarizə aparmaq bizim işimizdir, bununla bağlı bizim üçün heç bir problem yoxdur”, – deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
10:06 03.07.2026
Oxunuş sayı: 54