Medvedev: Finlandiya Rusiyanın nüvə hədəfləri siyahısına daxil edilib
Finlandiyanın nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırması ölkəni Rusiyanın nüvə zərbəsi hədəfləri sırasına daxil edib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Finlandiyanın qəbul etdiyi qərar ölkənin təhlükəsizliyini artırmayıb, əksinə onu Rusiyanın potensial nüvə hədəfləri siyahısına salıb.
"Finlandiya nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etdi. Bu, onlar üçün nəyi dəyişir? Cəmi bir şeyi – onların ölkəsi artıq Rusiyanın nüvə hədəfləri siyahısındadır. Təbriklər, Finlandiya, təhlükəsizliyin zirvəsinə çatdın", – deyə Medvedev bildirib.
09:46 03.07.2026
Oxunuş sayı: 51