Bu gün Leyla Əliyevanın doğum günüdür
Bu gün – 3 iyul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
Crossmedia.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük qızıdır.
İctimai və xeyriyyə fəaliyyəti ilə tanınan Leyla Əliyeva uzun illərdir təhsil, ekologiya, mədəniyyət, humanitar layihələr və gənclərlə bağlı təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir.
Qeyd edək ki, Leyla Əliyeva bir sıra kitabların müəllifi, şair və rəssam kimi də tanınır. O, üç övlad anasıdır. Doğum günü münasibətilə ona sosial şəbəkələrdə və ictimaiyyət nümayəndələri tərəfindən çoxsaylı təbriklər ünvanlanır.
Crossmedia.az redaksiyası kollektivi də bu əlamətdar gün münasibətilə Leyla Əliyevanı təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayır.
Fatimə Məmmədova
09:22 03.07.2026
Oxunuş sayı: 91