Yeni Kaledoniyada müstəqillik tərəfdarları üstünlük qazandı
Yeni Kaledoniyada keçirilən parlament seçkilərində müstəqillik tərəfdarı olan siyasi qüvvələr üstünlük əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İyunun 28-də keçirilən seçkilərin nəticələrinə əsasən, müstəqillik tərəfdarı olan qüvvələr 26 mandat qazanaraq parlamentdə üstün mövqe əldə ediblər.
Xatırladaq ki, seçkilər 2024-cü ildə baş vermiş iğtişaşlar və siyasi gərginliyin davam etdiyi bir şəraitdə keçirilib. Səsvermə öncəsi Fransanın bölgədəki siyasəti, ərazinin gələcək statusu və seçki sistemi ətrafında geniş müzakirələr aparılıb.
Müstəqillik tərəfdarları Parisi seçici siyahılarının genişləndirilməsi və bölgənin demoqrafik balansına təsir göstərmək cəhdlərində ittiham ediblər. Onların fikrincə, seçkinin nəticələri bu siyasətin gözlənilən effekti vermədiyini ortaya qoyub.
Qeyd edək ki, Yeni Kaledoniya Fransanın xüsusi statusa malik dənizaşırı ərazisidir və son illərdə burada müstəqillik tərəfdarları ilə Paris arasında fikir ayrılığı daha da dərinləşib.
08:40 03.07.2026
Oxunuş sayı: 62