ABŞ xəbərdar edib: İsrail İran rəsmilərini öldürmək istəyib
ABŞ administrasiyası İranla aparılan danışıqlar zamanı İsrailin yüksək səviyyəli İran rəsmilərini daşıyan təyyarəyə hücum edə biləcəyindən narahat olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, ABŞ region ölkələrindən İranı mümkün təhlükə barədə xəbərdar etməyi istəyib. Bundan sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçini daşıyan təyyarə Məşhəd şəhərinə təcili eniş edib.
Məlumata əsasən, Vaşinqton İsrailin mümkün hücumunun İranla aparılan danışıqları poza biləcəyindən ehtiyat edib.
08:15 03.07.2026
Oxunuş sayı: 61