ABŞ demək olar ki, bütün məqsədlərinə nail olub – Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla aparılan danışıqlarda demək olar ki, bütün hədəflərinə çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Belə ki, Tramp İranla danışıqların davam etdiyini bildirib və prosesin ABŞ üçün uğurlu nəticələr verdiyini vurğulayıb.
"Biz artıq demək olar ki, bütün məqsədlərimizə nail olmuşuq. Danışıqlar aparırıq və düşünürəm ki, onlar bizə lazım olan hər şeylə razılaşacaqlar", – o bildirib.
Tramp həmçinin danışıqların müsbət istiqamətdə davam etdiyini qeyd edib və İran tərəfinin razılığa gələcəyinə inandığını ifadə edib.
08:23 03.07.2026
Oxunuş sayı: 55