Zelenskinin Rusiyaya verdiyi 40 günün arxasında hansı strategiya dayanır?
Böyük Britaniyanın "The Economist" nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanı danışıqlara məcbur etmək üçün irəli sürdüyü 40 günlük müddətin arxasında duran strategiyanı təhlil edib.
Crossmedia.az xəbər verir ki, nəşrin yazdığına görə, bu müddət təkcə simvolik mesaj deyil, həm də Ukraynanın hərbi və informasiya strategiyasının bir hissəsidir.
Məqalədə bildirilir ki, Ukrayna son aylarda Rusiyanın neft emalı zavodlarına, logistik marşrutlarına, körpülərə, dəmir yollarına və Krıma aparan nəqliyyat xətlərinə pilotsuz uçuş aparatları ilə zərbələri gücləndirib. Məqsəd Rusiyanı danışıqlara sövq etmək və Krımdakı hərbi qruplaşmanın fəaliyyətini çətinləşdirməkdir.
Bununla belə, nəşr qeyd edir ki, bu zərbələr hələlik müharibənin gedişatını həlledici şəkildə dəyişmir. Donbas istiqamətində Rusiya canlı qüvvə və artilleriya baxımından üstünlüyünü qoruyur.
08:20 03.07.2026
Oxunuş sayı: 57