Alen Simonyan Ermənistan prezidenti ilə görüşüb
Ermənistan parlamentinin sədri Alen Simonyan prezident Vaaqn Xaçaturyanla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
Simonyan sosial şəbəkə hesabında bildirib ki, görüş zamanı prezidentə indiyədək göstərdiyi səmərəli əməkdaşlığa görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, daha əvvəl hakim "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyəti gizli səsvermə yolu ilə yeni formalaşdırılacaq parlamentin sədri vəzifəsinə vitse-spiker Ruben Rubinyanın namizədliyini irəli sürüb.
Alen Simonyan isə jurnalistlərə açıqlamasında deputat mandatından imtina edəcəyini və yeni çağırış parlamentin tərkibində yer almayacağını bildirib.
07:50 03.07.2026
Oxunuş sayı: 53