İtaliya isti dalğadan sonra güclü fırtına və daşqınlarla üzləşib
İtaliyada həddindən artıq istilərin ardınca ölkəni güclü fırtına, leysan yağışlar və şiddətli küləklər vurub.
Crossmedia.az bu barədə xarici mediaya isitnadən xəbər verir.
Məlumata görə, şimal və cənub bölgələrində yağan intensiv yağışlar bir sıra ərazilərdə sel və daşqınlara səbəb olub.
Veneto və Emilia-Romagna regionlarında ağacların aşması və su basqınları nəticəsində yüzlərlə fövqəladə xilasetmə əməliyyatı həyata keçirilib.
Bolonya şəhərindəki qatar stansiyasında da su basqını qeydə alınıb və bu, dəmir yolu nəqliyyatında ciddi gecikmələrə və fasilələrə səbəb olub.
Rəsmilər hava şəraitinin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edərək əhalini ehtiyatlı olmağa çağırıblar.
22:26 02.07.2026
Oxunuş sayı: 62