Xameneinin vida mərasimində Rusiyanı kimin təmsil edəcəyi bəlli oldu
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İranın ali lideri Əli Xameneinin vida mərasimində iştirak edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirin sözlərinə görə, Medvedevin mərasimdə iştirakı ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənib.
Qeyd edək ki, hadisənin detalları və mərasimin keçiriləcəyi vaxt barədə əlavə məlumat verilməyib.
22:04 01.07.2026
Oxunuş sayı: 51