Argentina SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Argentina Prezidenti Xavyer Miley ölkəsinin HƏMAS-ı, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və onun Qüds Qüvvələrini terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Argentina Prezident Administrasiyası bu barədə məlumat yayıb.
Miley bildirib ki, Buenos-Ayres İranın müvəqqəti işlər vəkilini ölkədən çıxarıb, həmçinin İsraillə Azadlıq və Demokratiya Memorandumu imzalayıb.
Prezidentin sözlərinə görə, Argentina İsrail Müttəfiqləri Fonduna sədrlik edən ilk Cənubi Amerika ölkəsi olub.
O əlavə edib ki, ölkəsi həmçinin İbrahim Sazişlərinin dəstəklənməsində aparıcı rol oynayan dövlətlərdən birinə çevrilib.
12:35 01.07.2026
Oxunuş sayı: 50