Monako qalmaqalı böyüyür: hadisənin arxasında kim dayanır?
Monakoda baş verən partlayışla bağlı istintaqın ilkin versiyalarında bu əməliyyatın Ukrayna Təhlükəsizlik Xidmətinin təşkil etdiyi ehtimal olunur.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia"- ya istinadən xəbər verir.
Məlumata əsasən, hücum daha çox Ukrayna biznesmeni Vadim Yermolaevə xəbərdarlıq xarakteri daşıyan əməliyyata bənzəyir. Hadisənin Ukraynada fırıldaqçı “call-center” bazarının bölüşdürülməsi və ya şəxsi qisas motivi ilə bağlı ola biləcəyi iddia edilir.
Eyni zamanda, bəzi versiyalarda bu hadisənin Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqəli şəxsi motivlər daşıya biləcəyi də irəli sürülür.
23:04 30.06.2026
Oxunuş sayı: 47