ABŞ ilk dəfə B-2-dən LRASM raketi buraxıb
ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə olaraq B-2 strateji "stealth" bombardmançısından uzaqmənzilli LRASM gəmiəleyhinə raketini sınaqdan keçirib.
Crossmedia.az xəbər verir ki, xarici KİV məlumat yayıb.
Bildirilib ki, sınaq buraxılışı Sakit okean akvatoriyasında həyata keçirilib.
Qeyd olunub ki, indiyədək LRASM raketinin B-2 bombardmançıları ilə inteqrasiyası ictimaiyyətə açıqlanmamışdı.
Məlumata görə, yeni imkan ABŞ Hərbi Hava Qüvvələrinin uzaq məsafələrdə dəniz hədəflərinə zərbə endirmək qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu konfiqurasiya strateji bombardmançıların ABŞ materikindən havaya qalxaraq uzaq məsafədə yerləşən dəniz hədəflərinə zərbə endirməsinə imkan verir.
17:24 30.06.2026
Oxunuş sayı: 57