İran XİN: Yaxın günlərdə ABŞ ilə Qətərdə danışıqlar planlaşdırılmır
İran yaxın günlərdə Qətərdə ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
Onun sözlərinə görə, Tehran qarşılıqlı Anlaşma Memorandumunun icrası, o cümlədən İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələsi üzrə iş aparmaq üçün Qətərə nümayəndə heyəti göndərəcək.
Bəqayi vurğulayıb ki, səfər çərçivəsində ABŞ nümayəndələri ilə hər hansı görüş və ya təmas nəzərdə tutulmur.
10:10 30.06.2026
Oxunuş sayı: 44