Naxçıvanda əmtəəlik elektrik enerjisi istehsalı 3 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 mVt/saat təşkil edib.
Bu barədə Crossmedia.az xəbər verir ki, bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artıb.
İstehsal olunan ümumi elektrik enerjisinin 59,7 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 mVt/saat, su elektrik stansiyalarında 175 507,1 mVt/saat, günəş və külək elektrik stansiyalarında isə 39 397,5 mVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 % artıb.
14:29 29.09.2026
Oxunuş sayı: 52