Qarabağ Universiteti yayılan iddiaları təkzib etdi
Qarabağ Universiteti mediada adı hallanan Faiq Məmmədovun universitetdə çalışmadığını və qurumla hər hansı əməkdaşlığının olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Faiq Məmmədov heç vaxt Qarabağ Universitetinin əməkdaşı olmayıb və universitetlə hər hansı əməkdaşlıq əlaqəsi qurmayıb.
Universitet media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin edilməsi üçün zəruri hallarda İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağı xahiş edib.
15:42 29.09.2026
Oxunuş sayı: 42