Tramp İrana güzəştlərlə bağlı iddialara cavab verdi
ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinin onun İranla bağlı sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin açılması təklifi etdiyi barədə yaydığı məlumatı təkzib edib.
Crossmedia.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşım edərək bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“Axios yazıb ki, mən İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmuş vəsaitlərin açılmasını təklif etmişəm. Bu doğru deyil. Mən onlara heç nə təklif etməmişəm”, – deyə Tramp qeyd edib.
O, sözügedən məqaləni “saxta xəbər” adlandıraraq nəşrin məlumatı geri götürməli olduğunu bildirib.
Qeyd edək ki, “Axios”un yaydığı iddialarla bağlı tərəflərin açıqlamaları arasında fərqlər mövcuddur.
14:15 29.09.2026
Oxunuş sayı: 46