Rusiyadan Azərbaycana nağd pul köçürülməsi QADAĞAN OLUNDU
Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslərin ölkədən müəyyən həcmdən artıq nağd rubl çıxarması ilə bağlı yeni məhdudiyyət tətbiq edən fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, fərmana əsasən, fiziki şəxslərin Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd Rusiya rublu aparması məhdudlaşdırılır.
Bildirilib ki, yeni qaydalar yalnız Azərbaycanla məhdudlaşmır. Məhdudiyyətlər Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələr, həmçinin Tacikistan və Özbəkistana da şamil ediləcək.
Qeyd olunur ki, qərar nağd valyuta dövriyyəsinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Yeni qaydaların tətbiqi ilə bağlı əlavə məlumatların Rusiya tərəfindən açıqlanacağı gözlənilir.
14:33 29.09.2026
Oxunuş sayı: 45