Komitə sədri idarə rəisini işdən çıxardı
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub.
O, 2008-ci ildən həmin vəzifədə işləyirdi
Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb.
Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb. Hazırda Zaqatala ilə yanaşı Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələrinin rəisi yoxdur. (Ölkə.az)
15:25 29.09.2026
Oxunuş sayı: 43