Tramp: İran nüvə silahına sahib olmayacaq
ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan siyasətin əsas məqsədinin bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, hərbi baxımdan üstünlük qazandıqlarını iddia edərək, vəziyyəti "demək olar ki, hərbi qələbə" kimi qiymətləndirib.
"Biz İranın nüvə silahına sahib olmasını istəmirik və bu baş verməyəcək. Onlar da bununla razılaşıblar", – Tramp bildirib.
09:10 30.06.2026
Oxunuş sayı: 46