Rusiya İrana dağıdılmış obyektlərin bərpasında yardım etməyə hazırdır
Rusiya İranın ABŞ və İsraillə münaqişə zamanı zərər görmüş obyektlərinin bərpasına yardım göstərməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.
Diplomatın sözlərinə görə, söhbət əsasən mülki və sənaye infrastruktur obyektlərindən gedir.
Aleksey Dedov ˝Tehran Times˝ qəzetinə müsahibəsində qeyd edib ki, İran tərəfdən rəsmi müraciətlər daxil olacağı təqdirdə, Rusiya onları operativ şəkildə nəzərdən keçirməyə və əməkdaşlıq üzrə konkret təkliflər təqdim etməyə hazırdır.
Səfir vurğulayıb ki, Moskva İranla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bərpa işlərinə dəstək verməyə hazırdır.
18:40 27.06.2026
Oxunuş sayı: 57