Avropanın gözü Ukraynada: səbəb resurslardır
Latviya Baş naziri Andris Kulberqs Ukraynanın Avropa İttifaqına (Aİ) sürətlə qəbul edilməsinin quruma ölkənin zəngin resurslarına çıxış imkanı yaradacağını bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, onun sözlərinə görə, Uqkrayna Aİ-də çatışmayan böyük təbii sərvət ehtiyatlarına malikdir. Kulberqsin sözlərinə görə, Kiyev Avropa İttifaqı üçün sənayedə istifadə edilə biləcək təbii resursların təmin olunması baxımından vacib tərəfdaşdır.
Baş nazir vurğulayıb ki, Ukrayna ilə əməkdaşlıq Aİ-nin xammal və təbii resurslara çıxış imkanlarını genişləndirə bilər.
16:50 27.06.2026
Oxunuş sayı: 46