Ukrayna Rusiyanın dəniz logistikasına növbəti zərbə endirdiyini açıqladı
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın dənizdəki təminat marşrutlarına qarşı əməliyyatların davam etdiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Tendra burnu istiqamətində Rusiya qüvvələrinin logistik təminatını həyata keçirməyə çalışan kateri məhv etdiklərini bildiriblər.
Məlumata görə, kater Rusiya hərbi qüvvələrinin həmin ərazidəki fəaliyyətini təmin etmək məqsədilə istifadə olunurdu. Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
11:55 27.06.2026
Oxunuş sayı: 46