Sikorski: ABŞ Ukraynaya maliyyə yardım göstərmir
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-nin Ukraynaya maliyyə yardımı göstərmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, Avropa İttifaqı öz vəsaiti hesabına Ukrayna üçün ABŞ istehsalı olan avadanlıqlar alır.
O qeyd edib ki, Avropa İttifaqının ayırdığı maliyyə vəsaiti həm Ukrayna dövlətinin fəaliyyətinin, həm də ölkənin müdafiə sənayesinin maliyyələşdirilməsini təmin edir.
09:50 27.06.2026
Oxunuş sayı: 53