Bütün türk gəmiləri Hörmüz boğazını tərk edib
Türkiyə hökuməti bildirib ki, Hörmüz boğazı və Fars körfəzi bölgəsini tərk etməyi gözləyən bütün türk gəmiləri təhlükəsiz şəkildə ərazidən çıxıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 15 türk gəmisi bölgəni təhlükəsiz şəkildə tərk edib.
Qeyd edək ki, hazırda 3 türk gəmisi Fars körfəzində kommersiya fəaliyyətini davam etdirir və onların bölgədən çıxmaq üçün hər hansı müraciəti olmayıb.
09:42 27.06.2026
Oxunuş sayı: 52