Rusiyada nüvə silahından istifadə tələb edilir
Rusiyada bəzi millətçi və radikal çevrələr Ukraynaya qarşı müharibənin daha da sərtləşdirilməsini tələb edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bu çağırışlar Rusiyanın dərinliklərinə dron hücumlarından sonra daha da güclənib.
Məlumata əsasən, həmin dairələr ümumi səfərbərlik elan olunmasını, Kiyevin hökumət kvartalının məhv edilməsini, Ukrayna Prezidenti Volodimir Zelenskinin zərərsizləşdirilməsini və hətta taktiki nüvə silahından istifadə imkanının nəzərdən keçirilməsini tələb edirlər.
Buna baxmayaraq, Kreml hələlik öz ən radikal tərəfdarlarının bu tələblərinə müqavimət göstərir və diplomatik xəttdən tam imtina etmir.
23:46 26.06.2026
Oxunuş sayı: 45