Bu yarışlarda rusiyalı idmançılara qoyulan məhdudiyyətlər ləğv edildi
Ağır atletika üzrə beynəlxalq yarışlarda rusiyalı idmançıların iştirakına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Beynəlxalq Ağır Atletika Federasiyası rusiyalı idmançıların qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakına tətbiq edilən məhdudiyyətləri ləğv edib.
Qərara əsasən, Rusiya idmançıları federasiyanın təşkil etdiyi beynəlxalq yarışlarda müəyyən olunmuş qaydalara uyğun şəkildə iştirak edə biləcəklər.
23:40 26.06.2026
Oxunuş sayı: 56