Özbəkistanın ABŞ məhsullarına böyük güzəşt planı
Özbəkistan ABŞ mallarına tətbiq edilən geniş çeşidli gömrük rüsumlarını azaltmağı və ya ləğv etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə razılaşma ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn Özbəkistana səfəri zamanı əldə olunub.
Eyni zamanda Vaşinqton tərəfi də Özbəkistanın sənaye məhsulları və kənd təsərrüfatı mallarına qarşı tətbiq olunan tariflərin yumşaldılması məsələsini müsbət dəyərləndirəcəyini bildirib.
Tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
21:20 26.06.2026
Oxunuş sayı: 51