Ukrayna Rusiyanın hərbi sənayesi üçün vacib obyekti vurdu
Ukrayna Rusiyanın iri kimya zavoduna zərbə endirib
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ötən gecə Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” zavoduna zərbə endirib.
Məlumata görə, müəssisə Rusiyanın kimya sənayesinin əsas obyektlərindən biridir. Zavodda ammonyak, azot turşusu, metanol, mineral gübrələr, eləcə də partlayıcı maddələr və döyüş sursatlarının istehsalında istifadə olunan kimyəvi xammal hazırlanır.
17:25 26.06.2026
Oxunuş sayı: 45