Rusiya Avropa ölkələrini müharibəni uzatmaqda günahlandırdı
Rusiyanın müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremıkin Avropadakı NATO üzvlərinin Ukraynadakı silahlı münaqişənin davam etməsinə çalışdığını iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qoremıkin sözlərinə görə, bir sıra Avropa ölkələrinin rəhbərləri ABŞ administrasiyasını Ukrayna məsələsinin danışıqlar masasında həlli ideyasından imtina etməyə inandırmağa çalışırlar.
Onun sözlərinə görə, Qərb artıq yeni genişmiqyaslı Avropa müharibəsinə hazırlığı gizlətmir.
17:10 26.06.2026
Oxunuş sayı: 46