Qazaxıstan Çin, Türkmənistan və Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
O qeyd edib ki, Energetika Nazirliyi xaricdən aviasiya yanacağı tədarükünün müxtəlif variantlarını araşdırır: “Çin Xalq Respublikasından idxal edən bəzi treyderlərimiz var. Biz Türkmənistandan, eyni zamanda Azərbaycan kimi qonşu ölkələrdən aviasiya yanacağını idxal etməyi düşünürük”.