Vens: ABŞ və İran birbaşa hərbi rabitə kanalının yaradılması barədə razılığa gəlib
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, İsveçrədə keçirilən danışıqların əsas nəticələrindən biri ABŞ və İran arasında birbaşa hərbi rabitə kanalının yaradılması ilə bağlı ilkin razılığın əldə olunması olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Onun sözlərinə görə, bu mexanizmin məqsədi gələcəkdə mümkün eskalasiyanın qarşısını almaq və tərəflər arasında operativ əlaqəni təmin etməkdir.
"Danışıqlarda əsas məqsədlərimizdən biri gərginliyi azaltmaq üçün birbaşa rabitə kanalının yaradılması idi", – Vens bildirib.
O dedib ki, İran tərəfi bu təkliflə razılaşıb.
"Onlar bildirdilər ki, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bir nümayəndəsini Dohaya göndərəcəklər. Həmin nümayəndə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təmsilçisi ilə birlikdə çalışacaq. Bu mexanizm vasitəsilə bir çox fikir ayrılıqlarını tənzimləyə biləcəyik", – deyə Vens əlavə edib.
12:50 26.06.2026
Oxunuş sayı: 49